Qazaxıstanda prezident seçkilərinə 24.8 milyon ayrılacaq

Qazaxıstanda prezident seçkilərinə 24.8 milyon ayrılacaq

Qazaxıstan hökuməti erkən prezident seçkilərinin keçirilməsi üçün ehtiyatından təxminən 24,8 milyon dollar ayırmağı planlaşdırır. SİA bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Daha əvvəl maliyyə nazirinin müavini Berik Şolpankulov bildirib ki, MSK növbədən kənar prezident seçkilərini keçirmək üçün təxminən 32 milyon dollar tələb etdiyini açıqlamışdı. O, məbləğin azaldılmasını istisna etmirdi.

2019-cu ilədək respublika büdcəsində təcili xərclər üçün nəzərdə tutulan Qazaxıstan Respublikası hökumətinin ehtiyat fondundan bu ilin iyunun 9-na təyin edilmiş Qazaxıstan Respublikası Prezidentinin vaxtından əvvəl keçirilmiş seçkilərinin keçirilməsi üçün təxminən 24,8 milyon ABŞ dolları məbləğində vəsait ayrılması ilə bağlı qətnamə layihəsində ifadə edilib.

Mərkəzi Seçki Komissiyasına 24,6 milyon dollar, Qazaxıstanın Xarici İşlər Nazirliyinə isə təxminən 150 min dollar ayırması gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə