Liviyada döyüşlərdə 147 nəfər ölüb

Liviyada döyüşlərdə 147 nəfər ölüb

Liviyada gedən döyüşlər nəticəsində ölənlərin sayı 147 nəfərə çatıb, 614 nəfər yaralanıb. SİA bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ilə bağlı hesabatına istinadən xəbər verir. Bundan əvvəl 75 nəfərin öldüyü, 320 nəfərin yaralandığı deyilirdi.

“Liviyada böhran: 147 nəfər ölüb, 614 nəfər həlak olub. ÜST Tripol şəhərində xəstəxanada yaralıların axını ilə əlaqədar köməkçi qruplar yerləşdirib”, - deyə təşkilatın hesabatında qeyd olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə