Lənkəranda baytarlıq mütəxəssisləri üçün təlimlər keçirilib

Lənkəranda baytarlıq mütəxəssisləri üçün təlimlər keçirilib

Lənkəran rayonunda "Baytarlıq mütəxəssisləri üşün cins mal-qaranın saxlanması və müalicəsinin öyrədilməsi" mövzusunda seminar-treninq keçirilib. Lənkəran Baytarlıq İdarəsinin rəisi Kamal Abidinovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin layihəsi çərçivəsində baş tutan tədbirə Astara, Lerik, Masallı, Yardımlı və Lerik rayonlarından dövlət və özəl baytarlıq xidmətlərinin mütəxəssisləri qatılıblar.

Tədbirdə KTN yanında Dövlət Kreditləşdirmə Agentliyinin mütəxəssisləri Maqsud Xətibi, Qalib Əbdüləliyev, Baytarlıq Xidmətinin aparıcı mütəxəssisi Dilqəm Ağalarov və başqaları çıxış ediblər. Onlar ölkəmizdə heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, lizinq yolu ilə respublikamıza gətirilən cins mal-qaranın saxlanmasının vəziyyəti və hazırda dünyada heyvanlar arasında ən çox yayılan xəstəliklər və onların müalicə üsulları barədə ətraflı məlumat veriblər.

Bidirilib ki, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində indiyə kimi ölkəmizə 1485 baş cins heyvanın gətirilməsi baytar xidmətinin qarşısında yeni tələblər qoyur. Sonda treninq iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, indiyə kimi Lənkəran rayonuna 23 baş cins mal-qara gətirilib ki,onlardan da 19 baş sağlam bala alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə