İnsana baxmaqla onun haqqında bütün məlumatları əldə edə bilən gözlük ixtira olunub

İnsana baxmaqla onun haqqında bütün məlumatları əldə edə bilən gözlük ixtira olunub
Finlandiya alimləri internet üçün gözlük ixtira ediblər. SİA-nın məlumatıan görə, adi görünüşdə gün eynəyini xatırladan gözlük qarşıda duran həmsöhbət haqqında bütün məlumatları əldə etməyə imkan verir. Yeni ixtiranı terminatorun gözlüyü ilə müqayisə edirlər. Gözlüklə insana baxmaq kifayətdir ki, onun haqqında bütün məlumatları əldə edə biləsən.

İxtira görünüşcə adi eynək kimi görünür, qara plastik qulaqçıqlardan ibarətdir, çərçivəsinin üzərində nə loqo, nə yazı, nə onun qiymətli göstərən heç bir şey yoxdur. Onu qiymətli göstərən başqa amil də var. Belə ki, çərçivənin kənarında daxildən birtəhər görünən maskalı kiçik kamera yerləşdirilib. Cihazı internet qoşmaqla ağıllı gözlük sənin haqqında düşünməyə başlayır. Kiçik ekranlarda obyekt haqqında informasiya görünməyə başlayır. Məlumatlarda obyektin adı, yaşı, üstünlükləri əks olunur. Əgər eynək maraqlı məqamlar aşkarlayarsa, o zaman geniş məlumat vermək imkanına malikdir. Hətta sizi görüşə də hazırlaya bilər.

"Sistem insanı üzdən tanımaqla sizə onun haqqında məlumat verə bilər. Məsələn onu harda görmüsən, harda görüşmüsən, ondan sonra nə iş görüb və s." - deyə Helsinki Universitetinin informasiya və texnologiya üzrə dosenti Ааltо Yоrmа Lааksоnen bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə