BMT-nin baş katibinin xüsusi elçisi Dəməşqə gedib

BMT-nin baş katibinin xüsusi elçisi Dəməşqə gedib

BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen Dəməşqə iki günlük səfərə gedib. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, G.Pedersen özünün Suriya böhranının siyasi həllinin axtarışı üzrə missiyası çərçivəsində bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşmək niyyətindədir.

Bildirilir ki, G.Pedersen Suriyanın baş nazirinin müavini və xarici işlər naziri Valid Müallem ilə görüşəcək.

Qeyd edilir ki, xüsusi elçi Dəməşqə ötən gün Beyrutdan gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə