Aprelin 15-də Almatıdakı "Kazjol" otelində II Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, forum Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və bu ölkənin Turizm İnstitutunun dəstəyi ilə keçiriləcək. Tədbirdə bu sahədə əməkdaşlığın perspektivləri müzakirə ediləcək, iki ölkənin turizm imkanlarının təqdimatı olacaq.
Forumda, həmçinin iki ölkənin işgüzar dairələrinin qeyri-rəsmi görüşləri planlaşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB