Azərbaycanın Ukraynadakı səfiri Kiyev Şəhər Bələdiyyəsinin sədri ilə görüşüb
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyev Şəhər Bələdiyyəsinin sədri Aleksandr Popov ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilib. Görüşdə Kiyev şəhər bələdiyyəsinin sədr müavini, şöbə müdirləri və başqaları iştirak ediblər.
Görüşdə iki tərəf arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın rekonstruksiya və təkmilləşdirilməsi ilə bağlı məsələlər, Bakı və Kiyev arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdan gələn Novruz Bayramı münasibətilə keçiriləcək tədbirlər müzakirə olunub.
Görüş zamanı A.Papov 2010-cu ildə Azərbaycan prezidentinin Ukraynaya unudulmaz səfərini, bu səfərin səmərəli nəticələrini və özünün Azərbaycan prezidenti ilə görüşünü xatırladıb.
Azərbaycanın Ukraynadakı səfiri isə öz növbəsində A.Papova xoş sözlər və xeyirxah əməllərinə görə təşəkkürlərini bildirib. O, şəhərin mərkəzində, Azərbaycanın Ukraynadakı Səfirliyinin yaxınlığında ərazilərin rekonstruksiyası, Heydər Əliyev Parkında aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dəvətini A.Papova təqdim edib. Təklif böyük məmnunluqla qəbul edilib.
A.Papov qeyd edib ki, Heydər Əliyev adına parkın təmirdən sonra təntənəli açılış mərasimi noyabrın 6-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB