Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub
Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 25-də Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində atəşkəsi pozub.
Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1985-ci il təvəllüdlü Məmmədov Zamin Allahverdi oğlu həlak olub. Z. Məmmədov 2003-cü ildə Babək Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB