Bu gün Moskvada matəm günü elan olunub

Bu gün Moskvada matəm günü elan olunub
Bu gün Moskvada matəm günü elan olunub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qərar Moskvanın İcra Hakimiyyətinin başçısı Serqey Sobyanin və qubernator Baris Qromov tərəfindən qəbul edilib.

Matəm günü 24 yanvar tarixində Demodedova aeroportunda baş verən terror aktı nəticəsində həlak olanları yad etmək məqsədilə elan olunub. Moskvanı və onun bütün regionlarını əhatə edəcək matəm günündə bayraqlar endiriləcək, bütün əyləncəli məkanların fəaliyyəti, televiziyalarda musiqili və əyləncəli verilişlərin yayımı dayandırılacaq. Rusiya telekanalları və radiolarında veriliş və reklamların yerini hadisə ilə bağlı verilişlər tutacaq.

Qeyd edək ki, 24 yanvar tarixində Demodedova aeroportunda baş verən partlayış nəticəsində 35 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə