ATƏT-lə Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Bu günlərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in Azərbaycan nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi ilə görüşüb. Ombudsman Aparatından SİA-ya verilən xəbərə əsasən, görüşün məqsədi bu qurumla ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrini qeyd edərək, ATƏT-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ötən il Ombudsman Aparatının və Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün BMT-nin İşgəncələrə qarşı Konvensiyasının Fakültativ Protokolunun Azərbaycanda tətbiqi və Milli Preventiv Mexanizmin (MPM) yaradılmasına dair keçirilmiş seminarları xatırladıb.
Müvəkkil MPM qismində müəyyən edildikdən sonra təsisatda MPM qrupunun yaradıldığı, həmin qrupa Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının da daxil edildiyi vurğulanıb. Bu istiqamətdə fəaliyyətin davamlılığında, birgə maarifləndirmə tədbirlərinin təşkilində müvəkkilin maraqlı olduğu diqqətə çatdırılıb. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair 2009-2010-cu illər üzrə Müvəkkilin hesabatının hazırlandığı, Ombudsman və onun MPM qrupu üzvlərinin azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına (MST), müvafiq sosial obyektlərə, uşaq və qocalar evlərinə, internat məktəblərə, psixiatriya xəstəxanalarına 396 başçəkmə, o cümlədən uzunmüddətli başçəkmələr həyata keçirdikləri bildirilib.
E.Süleymanova bu ilin insan hüquqları baxımından yaddaqalan hadisələrlə -- Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının və ölkəmizin Avropa İnsan Hüquqları Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına qoşulmasının 10 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırmış, bu baxımdan hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edib. O, Ombudsmanın MPM qismində fəaliyyəti ilə bağlı adıçəkilən hesabatın ingilis dilinə çevrilməsində və nəşr edilməsində, Avropa İnsan Hüquqları Konvensiyasının Azərbaycan dilində şərhinin, habelə Müvəkkilin nəşr etdirdiyi İngiliscə-rusca-Azərbaycanca Hüquq lüğətinin Azərbaycanca-rusca-ingiliscə variantının hazırlanmasının dəstəklənməsinin məqsədəuyğunluğunu vurğulayıb.
O, qonağa 2011-ci ildə Azərbaycan hökumətinin Əlillərin hüquqları üzrə Konvensiyanın implementasiyasına dair ilk dövri məruzəni BMT-nin Əlillərin Hüquqları üzrə Komitəyə təqdim edəcəyini, Azərbaycan Ombudsman təsisatının "A" statuslu Milli İnsan Hüquqları Təsisatı olaraq, BMT-nin saziş qurumlarına əlavə hesabat təqdim etmək səlahiyyətinin olduğunu, müvəkkilin bununla bağlı əlavə məruzə göndərməyi planlaşdırdığını söyləyıb. O, insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən məişət zorakılığına qarşı mübarizə mövzusunda regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, bu mühüm tədbirlərə dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq ekspertlərin cəlb olunması təklifini də irəli sürüb.
M.Martinez Ombudsmanın səmərəli təkliflərini dəstəklədiyini və bu işdə yardım göstəriləcəyini söyləyıb. Görüşdə texniki dəstək imkanları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB