Davos forumu bu gün öz işinə başlayacaq

Davos forumu bu gün öz işinə başlayacaq

Hər il İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunun sayca 41-ci iclası bu gün işə başlayır. SİA-nın xəbərinə görə, hər il keçirilən ənənəvi forumun bu ilki devizi: "Yeni reallıqların ümumi forması" olacaq. Dörd gün davam edən sammitə 35 ölkənin dövlət və hökümət başçıları iştirak edəcək.

 

"One Minut" sözü ilə dünyada məşhurlaşan Türkiyənin baş naziri Rəcəp Tayyib Erdoğanın yerinə isə Türkiyəni baş nazirin müavini Əli Babacan təmsil edəcək. Rusiyanı isə prezident Dmitri Medvedyev təmsil etməli olsa da "Domodedovo" hava limanında baş verən terrordan sonra iştirak etməyəcəyi bildirlir.

Bütün xəbərlər Facebook səhifəmizdə