Əli Kərimlinin xəyanətkar əməlləri sonsuzluğa doğru...

AXCP sədri Əli Kərimlinin satqın əməlləri, milli maraqlarımıza qarşı etdiyi xəyanətləri ictimaiyyətə bəllidir. Vaxtilə onunla eyni "cəbhədə" olan şəxslərin açıqlamaları və aparılan araşdırmalar Ə.Kərimlinin xəyanətkar əməllərini bir daha üzə çıxarmış oldu.
Ə. Kərimli məgər bilmirdimi ki, haqq nazilər, amma üzülməz. Deyəndə ki, Ə.Kərimli xəyanətkar, satılıb-satan, Vətən xainidir, irad tuturlar. Artıq neçə müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimli ilə bağlı məhkəmə zamanı bir çox korların üzə çıxması AXCP sədrinin həm də satqın olmasını sübuta yetirir. Məhkəmə zamanı şahid qismində dindirilənlərin verdikləri ifadələr, bir daha AXCP sədri Ə.Kərimlinin xarici qüvvələrin göndərdiyi maliyyəni əldə etmək məqsədi ilə, ölkədə təxribatlar törətməyə çalışdığını sübuta yetirir. Dindirilən şahidlər Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov AXCP sədrinə vəsait toplanıldığını və bu pulların Ə.Kərimliyə çatdığını bildiriblər. Ən əsas məqam isə, Rusiyada da toplanılan vəsaitlərin qanunsuz yollarla Ə.Kərimliyə ötürüldüyü məlum oldu.
Növbəti düyün...
Şahidlərin verdikləri növbəti açıqlama isə, AXCP ilə "Milli Şura"nı bir-birinə qatdı. Bildirildi ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyada hazırlanıb, Bakıya ixrac edilən "Milli Şura"nı Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirsə də, bu ölü quruma sədrlik etməməklə, bir daha qorxaqlığını ortaya qoydu. Yaranmış vəziyyətdən istifadə edən Ə.Kərimli "Milli Şura"nı AXCP-nin bir şöbəsinə çevirdi. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. Eyni zamanda, cəbhəçilər də təsdiqləyiblər ki, Rusiyadan hər ay AXCP-yə, 30 min dollar pul gəlib. Vəziyyətin belə alınacağını görən Ə.Kərimli bunun hesabatını saxta tərzdə verərək, bildirib ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq!
Məlum olan fakt budur ki, ümumilikdə Moskvadan hər ay "Milli Şura" və AXCP adlı qurumlara nə az - nə çox, düz 412 min dollar vəsait daxil olub.
Eynulla Fətullayev: "Ə.Kərimli quduz oğru itlərindən də pisdir"

Jurnalist Eynulla Fətullayev özünün facebook hesabında AXCP sədri və onun tərəfdarlarına həsr etdiyi statusda maraqdoğurucu iddia ilə çıxış edərək bildirib ki, Ə.Kərimli və digər murdar cəbhənin virusları oğru itlərdir: "Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar Ayaz Mütəllibovdur. 1992-ci ildə bu nadan siyasi kütləni quduz itlər kimi "uf" da demədən güllələyərdi. E.Fətullayev, həmçinin, 19 yanvar mitinqinin sonra AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə ABŞ-da yaşayan xəyanətkar Sevinc Osmanqızının verilişindən xalqı iqtidarın deyil, müxalifətin mətbuat orqanlarını oxumağa çağırış etməsi, əsl satqınçılıq, xəyanətkarlıq, riyakarlıq və nəhayət, həyasızlıqdır. 24 il ərzində dəyişməyən iyrənc alçaqları Azərbaycan siyasətindən, Azərbaycan məmləkətindən tamamilə silmək lazımdır! Bu murdar kütləyə tarixdə 2-ci şans verilməməlidir. Vəhşi siyasi qüvvəni hakimiyyətə buraxmaq olmaz!!! Əgər siz düşünürsünüzsə ki, bunlar hamısıdır, bərk yanılırsınız. Hələ daha çox murdarçılıqlar var..."
Lalə Şövkət: "Kişi olmaq Əli Kərimliyə aid deyil"
"Milli Birlik Hərəkatı"nın sədri Lalə Şövkətin dəfələrlə Ə.Kərimlini alçaq və əxlaqsız adlandırıb: "Azərbaycan siyasətində Ə.Kərimli kimi belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun. Ə.Kərimlidən çox alçaq səviyyəli düşmənçilik gördüm. Əslində, Ə.Kərimlinin kimliyi haqqında çox yazılıb, çox deyilib. Ancaq "kişi" olmaq Ə.Kərimliyə aid deyil".
KXCP-nin sədri Mirmahmud Mirəlioğlu da Ə.Kərimliyə keçmişi xatırladaraq, onun bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış xəyanətkar və satqın olduğunu bildirib: "Bu gün Azərbaycan gerçəkliyində Ə.Kərimli xəyanətkarlığı var, özü də saya gəlməz xəyanətləri...1995-ci il... Ə.Kərimli AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il... AXCP daxilindəki "Yurd" fraksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə və hərəkatçılara qarşı təzyiqlərə başladı, bir çox insanı cəbhədən uzaqlaşdırdı. 1997-ci il... Xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Ə.Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, 2005-ci il... Ə.Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci il... Qənimət Zahidi qurban verib, diqqəti özünə çəkən Ə.Kərimli Sem dayısından pul almaq üçün planlar qurdu. Aqil Xəlil deyilən olayı da Ə.Kərimlinin qurduğu iyrənc oyunlardan biri idi. Məlum oldu ki, A.Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz Ə.Kərimlinin yaxından tanıdığı mavidir. Beləcə Ə.Kərimlinin bu planı da suya düşdü. O, qazdığı quyuya özü düşdü. Ə.Kərimli həm də ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır".
Beləliklə, cəmiyyət dəfələrlə bu cür qüvvələrin qarşısının alınması tələbini irəli sürür. Ona görə də, Azərbaycan iqtidarı dövlətin və millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, belələrini cəmiyyətdən təcrid etməlidir.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB