Sevinc Seyidova: “İlqar Məmmədov Cəmil Həsənliyə qarşı ağır ittihamlar sürüb” RƏY-ÖZƏL
“Azərbaycan dövlətinin humanist siyasəti nəticəsində İlqar Məmmədovun həbsdən azad edilməsi müxalif düşərgədə heç də xoş qarşılanmadı”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, xüsusilə də bu tendensiya “Milli Şura” və AXCP-də daha qabarıq hiss edilir: “Çünki İ.Məmmədov da Əli Kərimli kimi "müxalifətin əsas siması mənəm" adına iddialıdır. Əgər son günlərdə sosial şəbəkələrdə aparılan müzakirələrə diqqət etsək “REAL” hərəkatı və “Milli Şura”nın rəhbərliyində təmsil olunanlar arasında ciddi qarşıdurmanın mövcud olduğunu görərik. Hər iki tərəf bir-birlərinə qarşı ağır ittihamlar irəli sürürlər. Aşağı səviyyədə başlayan bu qarşıdurma artıq hər iki qurumun rəhbərliyində təmsil olunan şəxslər səviyyəsinə çatıb. C.Həsənli ilə İ.Məmmədov arasında yaşanan olaylara və ittihamlara da bu konteksdən yanaşmaq lazımdır. Hər iki təşkilat özünü siyasi cəhətdən daha fəal göstərməyə çalışır. Bu fəallığın isə başlıca məqsədi xaricdən gələn qrantlardan daha çox pay qoparmaqdır. Təbii ki, Ə. Kərimli və “Milli Şura”nın digər üzviləri bu zamana qədər aldıqları qaranlıq pulların digərləri ilə bölüşdürülməsini və arxa planda qalmalarını istəmirlər. Ona görə də, hər iki tərəf bir-birini gözdən salma kampaniyası aparır və ifşa edirlər”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB