"Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə çox dinamik inkişaf edir"
"Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşıdır. Mən onunla razıyam". SİA xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenkonun jurnalistlərə müsahibəsində belə deyib.
V.Matviyenko vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə fasiləsiz, çox dinamik inkişaf edir. O deyib: “Biz ticari-iqtisadi, energetika və humanitar sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu, mütəmadi əlaqə saxlayan ölkələrimizin liderlərinin böyük xidmətidir. Dövlət başçıları Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri üçün xüsusilə əlverişli şərait yaradıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB