83-cü Oskar nominasiya mərasimi Los Ancelesdə keçirilib, namizədlər açıqlanıb

83-cü Oskar nominasiya mərasimi Los Ancelesdə keçirilib, namizədlər açıqlanıb

Britaniya draması "The King Speech" və ABŞ vestern janrında çəkilmiş "True Grit" filminin yeni variantı Los Ancelesdə keçirilən 83-cü Oskar nominasiyaları mərasimində ən çox rəğbət görən filmlər olublar.

İncəsənət və Elm sahələrinə görə "The Kings Speech", 12 "True Grit" kinofilmi isə 10 Oskar nominasiyası alıb.

SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, elmi-fantastik triller janrında çəkilmiş "İnception" və Facebook səhifəsinin tarixinə həsr edilmiş "The Social Network" filmi, hər ikisi səkkiz nominasiyaya layiq görülüblər.

Bundan əlavə, "Black Swan", "The Fighter", "The Kids Are All Right", "127 Hours", "Toy Story 3" və "Winter’s Bone" filmləri də ən yaxşı filmlər siyahısına düşərək Oskar mükafatına namizədliyə layiq görülüblər.

Ən yaxşı aktyor işinə görə "The Kings Speech" filmindən Kolin Firz, "True Grit" filmindən Cef Brics, "The Social Network" filmindən Cesi Eisenberq, və "127 Hours" filmindən Ceyms Franko nominasiya qazanıblar.

"The Kids Are All Right" filmindən Aneta Beninqlə "Black Swan" filmində baş rolda oyanayan Natali Portman da ən yaxşı akrisa mükafatı laureatlarına namizədlər sırasındadırlar.

"The Social Network" ötən həftə keçirilən Qızıl Qlobus mükafatı mərasimində ən uğurlu film olub. Qızıl Qlobus mükafatı mərasimi daha nüfuzlu Oskar mükafatı mərasimi üçün proqnozlaşdırmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə