Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan İtaliya parlamenti tərəfindən qondarma erməni soyqırımının tanınmasına və Fransa prezidenti Emmanuel Makronun qondarma erməni soyqırımı anım günü qərarına reaksiyasını gizlətməyib. SİA-nın məlumatına görə bunu Ermənistana məxsus tert.am saytı rusarminfo.ru saytına istinadən yayımlayıb.
"Erməni soyqırımı məsələsi İtaliya, Fransa və ABŞ parlamentlərinin gündəmindən çıxarılmalı və bu böyük faciənin baş verdiyi ölkənin parlamentində müzakirə mövzusuna, predmetinə çevrilməlidir. Türkiyədəki ermənilər 104 ildir ki, ədalət gözləyirlər", - deyə Paylan Twitter-də yazıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB