Dövlət başçıları və biznes liderləri Davosa toplaşır

Dövlət başçıları və biznes liderləri Davosa toplaşır
Dünya ölkələrinin liderləri və iş adamları İsveçrədə Davosda Dünya İqtisadi Forumuna toplaşır. SİA-nın xəbərinə görə, bu gün açıqlacaq forumda Qərb ölkələrində iqtisadiyyatın bərpa prosesinin ləng getməsi, eyni zamanda şərqdə Çin və Hindistanın iqtisadi gücünün artması diqqət mərkəzində olan məsələlərdir. Beş gün sürəcək tədbirə 35 dövlət dövlət başçısı və dünyanın 1400 ən böyük biznes şirkətlərini təmsil edən iş adamları qatılacaq. Təşkilatçılar planetimizin bu gün qarşılaşdığı 36 ən ciddi problemi göstərirlər. Buraya iqlim dəyişikliyi, geo-siyasi münqaişəər, miqrasiya və hökumət borcları kimi məsələlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə