Tunisdə müvəqqəti hökumətin istefasını tələb edən nümayişçilər etiraz aksiyalarını davam etdirirlər.
SİA-nın xəbərinə görə, ölkənin müxtəlif yerlərindən gəlib paytaxtda çadırlar quran nümayişçilər ikinci gecəni də Nazirlər Kabinetinin binası qarşısında keçiriblər. Paytaxtdakı nümayişçilərə ordudan da dəstək gəlib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rəşid Ammad ordunun Tunis xalqının iradəsinə dəstək verdiyini söyləyib.
Ammar siyasi boşluğu doldurmaq üçün vəzifəyə gələn müvəqqəti hökumətin ölkəni yeni bir diktatorluğa sürükləməsindən əndişə duyduğunu deyib. Rəşid Ammarın dəvəti ilə hadisələrdə ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edən qrup daha sonra aksiyanı davam etdirib.
Ölkədə müvəqqəti milli birlik hökuməti və müxalifət siyasi mexanizmlər çalışmadığı təqdirdə ordunun iqtidarı ələ keçirməsindən narahatdırlar. Siyasilər seçkilərə qədər vəzifədə qalacaq müvəqqəti hökumətlə çalışması ümün aqil adamlar komitəsinin yaradılması ilə bağlı müzakirələr aparırlar. Komitədə yer alacaq isimlər sırasında müxalifətdən Əhməd Mestirinin də olması gözlənilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB