Yanvarın 26-sı Moskvada matəm elan edilib

Yanvarın 26-sı Moskvada matəm elan edilib

"Domodedovo" aeroportunda terror aktının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, yanvarın 26-sı Moskvada və Moskva vilayətində matəm elan edilib. SİA-nın xəbərinə görə, terror aktı nəticəsində 35 nəfər həlak olub.

Rusiya KİV-lərinin verdiyi məlumata görə, Moskva şəhərinin meri Sergey Sobyanin yanvarın 24-də "Domodedovo" aeroportunda törədilmiş terror aktının qurbanlarının xatirəsinə 2011-ci il yanvarın 26-sını Moskva şəhərində matəm günü elan etməyi qərara alıb.

Moskva vilayətinin qubernatoru Boris Qromov da eyni məzmunlu qərar qəbul edib. Matəm günü Federasiyanın bu iki subyektində əyləncə tədbirləri, şəhər və vilayət televiziya kanallarında əyləncəli proqramlar dayandırılacaq, Moskva vilayətində və Moskva şəhərində bayraqlar endiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə