"Müxalifət Leyla Yunus kimilər qarşısında özlərini itiriblər" ÖZƏL-MÜNASİBƏT
“Bu gün müxalifət düşərgəsində partiya sədrləri deyil, Leyla Yunus və Xədicə İsmayıl əsas rolda çıxış edirlər. Belə bir görüntü yaranır ki, sanki müxalifətin ənənəvi simaları İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı və digərləri siyasiləşmiş QHT rəhbərləri qarşısında mövqelərini tamamilə itiriblər”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün müxalifətdə L.Yunus kimilərinin əsas aparıcı rolda çıxış etməsi dağıdıcı müxalifətin nə durumda olduğunun bir göstəricisidir: "Normal müxalifət partiyalarına partiya sədrləri rəhbərlik etməlidir, başqaları yox. Müxalifət partiya sədrləri partiya işləri ilə məşğul olmalıdırlar, başqa işlərlə yox. Amma biz bunların tamamilə əksini görürük. Yəni müxalifət partiya rəhbərləri partiyaların normal şəkildə fəaliyyətindən çox, hardan daha çox maliyyə vəsaiti əldə etmək kimi məsələlərə üstünlük verir. Belə olan halda da, həmin müxalifət partiyalarının heç bir irəliləyişindən söhbət gedə bilməz. Yəni bu şəxslər üçün partiya maraqları yox, özlərinin şəxsi maraqları daha çox üstünlük təşkil edir. Əgər hansısa xarici qüvvələr tərəfindən hansısa bir formada bu şəxslərə maliyyə yardımları edirlərsə, həmin maliyyə yardımları edən qüvvələr bunun qarşılığında nə isə istəyirlər. Onların bu istəkləri isə ölkəmizdə qarşıdurma yaratmaqdır. Bir sözlə, xarici qüvvələrin müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə etmələri, Azərbaycanda məkrli istəklərini həyata keçirməkdir. Lakin onların bu istəkləri heç vaxt reallaşmayacaqdır. Çünki Azərbaycan güclü bir dövlətdir və xalqımız yaxşını pisdən ayırmağı bacarır".
M.Səfərli əlavə edib ki, hər zaman müxalifət düşərgəsini təmsil edən qüvvələr reallığı özündə əks etdirməyən xəyyaları gərçəkləşdirmək istəsələr bu, baş tutmur: "Müxalifət partiya sədrlərinin bir-birilərinin əleyhinə çevrilmiş qarşıdurmaları onların bir araya gəlmələrinə imkan vermir. Xüsusilə də, müxalifət liderlərinin bir-birinə güzəştə getməmələri və öz ambisiyaları ilə çıxış etmələri onların dağınıq vəziyyətə düşmələrinə gətirib çıxarıb. Elektoratını itirmiş, seçkilərdə uduza-uduza gələn müxalifət yalnız və yalnız öz fəaliyyətinin məğzini iqtidarın uğurlu fəaliyyətinə kölgə salmaqda görür. Bu da onları cəmiyyətin gözündən tamamilə salır. Bir sözlə, artıq müxalifət partiyaları iflasa uğrayıb. Belə olan halda da, bu boşluğu bu gün ipləri müəyyən xaricdəki siyasi dairələrin əlllərində olan QHT-lər və ayrı-ayrı şəxslər doldurmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB