İranda yol-nəqliyyat dəhşəti – bir ildə 16 min nəfər! STATİSTİKA

İranda yol-nəqliyyat dəhşəti – bir ildə 16 min nəfər! STATİSTİKA

Ötən ilin 21 mart 2018-ci ilindən hazırkı dövrə qədər İranda yol-nəqliyyat hadisələrində 15 min 927 nəfər insan ölüb. SİA xəbər verir ki, bu barədə İranın səhiyyə ekspertizası təşkilatı məlumat yayıb.

Hesabatda bildirilir ki, bununla yanaşı, yol-nəqliyyat hadisələrində müxtəlif bədən xəsarətləri və travma alanların sayı 341 min 570 nəfərdir.

2017-ci ildə illə müqayisədə yol-nəqliyyat hadisələrində həlak olanlar faiz etibarı ilə 1,2, yaralananlar isə 9,7 % artıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə