ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Cənubi Koreya lideri Mun Ce-inlə görüşdə Şimali Koreya lideri Kim Çen In-la yaxşı münasibətlərinin olduğunu və onunla dialoqa hazır olduğunu açıqlayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Prezident Tramp və prezident Mun iki ölkə arasında qarşılıqlı əlaqələr, Koreya yarımadasında qalıcı sülhün yaradılması, Şimali Koreya ilə münsaibətlərin yaxşılaşdırılması və digər məsələlər haqqında müzakirələr aparılıb. Prezident Tramp qeyd edib ki, onun Kim Çen In-la münasibətləri yaxşıdır. O, Şimali Koreya lideri ilə dialoqa açıq olduğunu vurğulayıb”, - deyə “Ağ Ev”in məlumatında qeyd olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB