“Əslində o başına qoyduğun papaq da papaq deyil, sən papağın dəyərini Şişada qoyub gəlmisən, ona görə də o bir əski parçası, cındırdır”
“Əslinə qalanda, adını da utanmazcasına Azərbaycan Xalq Hərəkatı qoyduqları yığıncağın son iclasında baş verən biabırçılıqdan sonra, özünə hörmət edən kişi və ya xanım bir də ora ayaq basmağı özünə rəva bilməzdi”. SİA xəbər verir ki, bu barədə tanınmış jurnalist, ARB telekanalında “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, baş verənlərə baxmayaraq, bunu özlərinə rəva görənlər oldu: “...Və mən onları qınamıram. Çünki ora getməyəndən sonra, bu şəxslər nəyə lazımdır, kimin yadına düşəsidilər ki? Odur ki, bir-birinə “gəda”, “şərəfsiz”, “eşşək kimi anqırma” deyib, var-yox söyüşü edə-edə yenə də yığışmaq qərarına gəldilər guya ki...”.
“Rəhim Qazıyev! Mən səni daha bu qədər də həyasız və mənəviyyatsız sanmırdım. Adamın üzü nə qədər padoş olarmış?”
Etibar Hüseynov həmin şəxslərin bundan sonra üz-üzə gələcəklərindən təəccüb etdiyini bildirib: “İndi mənə çatmır ki, Rəhim Qazıyev “gəda” deyib, var yoxuna söydüyü, eynən də artıqlamasıyla cavabını aldığı bir şəxslə, İsgəndər Həmidov isə “eşşək kimi anqırma” dediyi Tural Abbaslıyla yenidən necə üz-üzə gələcək axı? Rəhim Qazıyev! Mən səni daha bu qədər də həyasız və mənəviyyatsız sanmırdım. Adamın üzü nə qədər padoş olarmış?”
Jurnalist ittihamına davam edərək qeyd edib ki, belələri canlı yayıma çıxıb-söyüş söykərkən, düşünmürlər ki, onları kənardan qadın və uşaqlar da izləyə bilərlər. “Başına papaq qooyub guya ki, ağsaqqallıq edirsən”, deyə yazan Etibar Hüseynov əlavə edib: “Amma canlı yayım edən kameraların qarşısıpnda uşaq, qadın, yaşlı – fərqinə almadan təhqir, söyüş yağdırırsan. Əslində o başına qoyduğun papaq da papaq deyil, sən papağın dəyərini Şişada qoyub gəlmisən. Ona görə də o bir əski parçası, cındırdır. Sitatın sonu”.
“Rəhim, yeri gəlmişkən, Əvəzə de “Xural” redaksiyasında sənin pişiyini ağaca dırmaşdırıb, xoruzunu qoltuğuna verdiyim debatın kasetini versin”
Sonda p.s. ilə müraciətini davam etdirən jurnalist “Xural”ın baş redaktoru, hazırda “Qaynar qazan” layihəsi ilə gündəmdə qalmağa çalışan Əvəz Zeynallıya da Rəhim Qazıyev vasitəsi ilə ismarıc yollayıb. “Rəhim, yeri gəlmişkən, Əvəzə de “Xural” redaksiyasında sənin pişiyini ağaca dırmaşdırıb, xoruzunu qoltuğuna verdiyim debatın kasetini versin”, deyə xatırlatma edən Etibar Hüseynov Rəhim Qazıyevi qorxaq adlandırıb: “12 ildir ki, qorxundan üzə çıxmırsan. Adam bu qədər ləyaqətsiz, qorxaq, nakişi olmaz. Və bir də Rəhim, yadında saxla ki, artıq 92-ci il deyil ki, böyründə 5-6 avtomatlı pəzəvəngi olduğuna görə onun-bunun üstünə hücum edib, xoruzlanasan. Getdi o günlər, çoxdan getdi. Ona görə də bu qoca vaxtında onun-bunun üstünə çox da qışqırıb, var-yox söyüü edib, dartınma. Bir gün vurub murdar edəcəklər. Camaatı zibilə salma...”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB