Əflatun Amaşov: “Quzey Kıprıs qətiyyən heç kimdən çəkinməməlidir, hər zaman bilməlidir ki, Azərbaycan hər mənada onlara dəstəkdir" - AÇIQLAMA
"Türkiyə ilə Azərbaycan arasındakı təhsil əlaqələrinin genişlənməsi bizim üçün çox önəmlidir". Bu sözləri SİA-ya açıqlaması zamanı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, həmişə bir-birilərinə dəstək olan bu iki ölkənin geniş əlaqələrinin getdikcə inkişaf etməsi bu sahədə görülən işlərin nəticəsidir.
Azərbaycanlı tələbələrin Quzey Kıprıs Dövlət Universitetində təhsil alması üçün hər cür şəraitin yaradıldığını deyən sədr bildirib ki, bütün bunlar Azərbaycanın Şimali Kiprə hər zaman dəstək olacağını göstərir: "Quzey Kıprıs qətiyyən heç kimdən çəkinməməlidir. Hər zaman bilməlidir ki, Azərbaycan hər mənada onlara dəstəkdir. Belə ki, biz öz tələbələrimizi çox böyük bir əminliklə Kiprə göndəririk. Bu həm bizim Şimali Kiprin təhsil sisteminə güvəndiyimizi, həm də əlaqələrimizi genişləndirmək yolunda addımlar atdığımızı göstərir".
Azərbaycanla Türkiyənin təhsil sistemini müqayisə edən sədr ingilis dilinə verilən əhəmiyyətin artırılmasına ehtiyac olduğunu bildirib: "Bizim tələbələrin xarici ölkələrə çıxmaqda qarşısını kəsən əsas səbəb ingilis dilinin zəifliyidir. Quzey Kıprısda təhsil alan tələbələrimizin təhsil sistemi ilə yaxından maraqlanırıq. Tələbələrimizə göstərilən diqqət hərtərəfli şəkildə bizi qane edir. Əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra yeni tədbirlər görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB