Və yaxud qrant savaşı
Müxalifət liderlərinin sözləri tükəndiyi üçün mitinq şousunu ortaya atmaqla düşərgədə ziddiyyətləri bir qədər də dərinləşdiriblər. Belə ki, "Milli Şura"nın Müsavat partiyası ilə birgə təşkil etdiyi mitinq şousu saqqız kimi uzandıqca, uzanır. Ən maraqlısı isə odur ki, 25 ilə yaxındır ki, keçirdikləri mitinqləri uğursuz və biabırçılıqla bitsə də, yenə də həyasızcasına mitinq deyib dururlar. Aksiyaya az adam gəlsə də, bir məqsədləri var: əttökən çıxışlarını paylaşaraq, özlərini hansısa xarici qüvvələrə göstərmək. Elə götürək AXCP-nin "primadonnası" Gültəkin Hacıbəylinin aksiyalardakı çıxışının videogörüntüsünü paylaşaraq, yazır ki, guya mitinq, beləcə, "möhtəşəm" alınıb. Halbuki onun çıxışı zamanı stadionda ağız deyəni qulaq eşitmirdi. Eləcə də, Arif Hacılı və ya Əli Kərimli olsun...
Nankorluq onun xislətindədir
"Milli Şura"nın "primadonnası" G.Hacıbıylidən başqa bir şey gözləmək də olmaz. Çünki G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxır. Təəccübli də deyil. Çünki bu, o, G.Hacıbəylidir ki, hər sifətdə ola bilir. Onun xisləti nankorluq və satqınçılıq olub. G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı vacib bir töhfə olmayıb.
Əlac qışqırmağa qaldı...
Yazıqlar olsun o boğaza- nə qədər qışqırmaq, böhtan atmaq olar? Görünür, bu səbəbdəndir ki, A.Hacılı və Ə.Kərimli qışqıra-qışqıra çıxış etdilər. Ancaq nə faydası? Qışqırsalar da, onları eşidən yox idi. Çünki bu siyasətbazlar, əslində, müxalifliyi bir əqidə kimi görmürlər, xaricdəki Azərbaycan əleyhdarlarının və bəzi siyasi dairələrin şirnikləndirici təkliflərindən, maliyyələrindən yararlanmaq vasitəsi kimi fayda götürürlər. Kiçik bir xatırlatma edim ki, buna misal olaraq, ölkəyə qrant, yardım gəlməsinə nəzarət güclənəndən sonra, əli-qolu yanına düşən Ə.Kərimli öz müavini Gözəl Bayramlını Gürcüstana göndərirdi. O da hər gediş-gəlişində gizlədilmiş xarici valyutaları öz rəhbərinə çatdırırmış. Nəticədə, bir gün ilişdi. Bu gün də bu mitinqlər xaricdən maliyyə yardımlarının artırılmasına hesablanıb. Ona görə də, bu gün mitinq keçirmək istəklərini dönə-dönə deyirlər. Ancaq çi fayda...
Pərçimlənmişlər "bir" olmaq istədilər, amma...
AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın "lideri" C.Həsənli, G.Hacıbəyli, Müsavat başqanı A.Hacılı və onlara pərçimlənmiş bəzi qüvvələr "bir" olmaq istədilər, amma elə parçalandılar ki...Belə də olmalı idi. Çünki siyasi savadı olmayan satqınların ümidlərinə qalanda... Çünki bu işdə xaricdə yaşayan, satılmış qüvvələrin də rolu az deyil. Sosial şəbəkələrdə "demokrat" maskası altında ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasına rəvac verənlər və onlara dəstək verən müxalifət "liderlər"i unudurlar ki, bu xalq heç vaxt səviyyəsiz, siyasət adına ləkə olan fəaliyyəti və ən əsası, xəyanəti və satqınlığı bağışlamır!
Son zamanlar Avropanın müxtəlif ölkələrində yaşayan və adını azərbaycanlı qoyan bəzi savadsız, cahil, milli mənlik şüurundan məhrum Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli və b. kimi şəxslərin hərəkətləri heç bir etik normaya sığmır. Tam çılpaqlığı ilə görünür ki, onların əsl məqsədi beş-üç qəpik tulapayı müqabilində xidmət etdikləri anti-Azərbaycan dairələrin əmr və sifarişlərini yerinə yetirmək üçün yaranmış şəraitdən maksimum dərəcədə yararlanaraq, ağalarının təşəkkürünü və maliyyənin miqdarını artırmaqdır.
Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidələrini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən G.Hacıbəyli, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, L.Yunus və Avropada eşələnlərin hərəkətlərinin bir adı var - NANKORLUQ!
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB