Qarnik Qevorqyan: “Əgər biz Nikol Paşinyan barədə bir anlıq unudarsaq, hakimiyyət kağız kartlarından düzəldilmiş evcik kimi dağılar”
“Ermənistanın yeni hakimiyyəti yumşaq desək, mükəmməllikdən uzaqdır. Həqiqətə qalanda hakimiyyət həm icraçılıq, həm də qanunvericilik baxımından daha çox səhvlər buraxır ki, nəinki əksinə. Nikol Paşinyanın kadr siyasəti obyektiv olaraq, hakimiyyətinin ən zəif nöqtəsidir. Hakimiyyət isə tənqidləri qulaqardına verərək, eyni tərzdə siyasətini yürütməyə davam edir. İnqilab yolu ilə hakimiyyətə necə gəliblərsə, elə də qalmaqdadırlar”. SİA xəbər verir ki, bu fikirlər Ermənistanın 1in saytının siyasi şərh bölməsində qeyd olunub.
“Böhranın müəyyən elementləri artıq hökumətdə müşahidə olunmaqdadır, müxtəlif qanadlar, qruplaşmalar formalaşır ki, onların hər biri hakimiyyətə olmaqla yanaşı, həm də hakimiyyətə təsir göstərməyə cəhdlər edirlər”
Məqalənin müəllifi Qarnik Qevorqyan qeyd edir ki, əgər siyasət bu istiqamətdə davam edəcəksə, yalnız hazırkı vaxtda operativ rejim idarəçiliyi ilə idarə edilən dövlət deyil, hökumətin özü də ciddi zərərlər görəcək. SİTAT: “Böhranın müəyyən elementləri artıq hökumətdə müşahidə olunmaqdadır, müxtəlif qanadlar, qruplaşmalar formalaşır ki, onların hər biri hakimiyyətə olmaqla yanaşı, həm də hakimiyyətə təsir göstərməyə cəhdlər edirlər. Bu mövcudluq istənilən hakimiyyət üçün xarakterik olsa da, xüsusilə, Nikol Paşinyan hakimiyyətində daha çox görünür, belə ki, burada ümumi daxili və sistemli maraqlar yoxdur”.
“Bu amil on illər boyunca məmur sinfində, qarşı-qarşıya dayanan hakimiyyət qanadlarında, oliqarxlarda istifadə olunurdu”
Erməni siyasi şərhçi bildirir ki, iki onillikdən də çox müddət ərzində Ermənistanda başqa idarəçilik və məntiq var idi. “Robert Koçaryan və Serj Sarkisyan kriminal-oliqarx hakimiyyətləri, yaxud ayrı adlarda olan hakimiyyətlər məhz dəqiq mexanizmləri sayəsində fəaliyyət göstərərək, mövcudluqlarını qoruyub-saxlayırdılar”, deyə qeyd edilən şərhdə qeyd olunur ki, ən aşağıdan tutmuş ən yuxarı nöqtəyə qədər hakimiyyətdə korrupsiyalaşmış səmərəçilik fəaliyyət göstərirdi ki, bu da bütün dövlət idarələrini və hakimiyyəti qane edirdi: “Məhz bu maraq həmin konsensus idi ki, onun ətrafında illərlə qalmışdı. Bu amil on illər boyunca məmur sinfində, qarşı-qarşıya dayanan hakimiyyət qanadlarında, oliqarxlarda istifadə olunurdu. Sözügedən konsensus hakimiyyətlərin uzunömürlülüyünün əsasını təşkil edirdi, aşağıdan-yuxarıya doğru hər kəs bütün imkanlardan istifadə edirdi ki, hakimiyyətin və dövlətin yemindən istifadə etmək imkanına malik olsunlar. Bu, həm də ona səbəb oldu ki, istənilən fors-major vəziyyətlərdə hakimiyyət sistemi ölçüyəgəlməz birlik nümayiş etdirərək, mövcud korrupsiya maraqlarını itirməkdən ehtiyat edirdilər”.
Maraqlıdır ki, erməni müəllif, hazırkı hakimiyyətdə də korrupsiyanın mövcudluğunu inkar etməyərək qeyd edib ki, artıq müəyyən korrupsiya olayları var, ancaq hələlik bu faktor sistemli mövcudluğa aid deyil. Lakin belə davam edərsə, bu da ardıcıllıqla hakimiyyətə sirayət edəcək.
“Dövlət idarəçiliyi və hakimiyyət bütövlükdə nikolizmə xidmət edir”
Qarnik Qevorqyan bütün bunlara baxmayaraq, ölkədəki yeni şüar və çağırışların boğazdan yuxarı deyildiyinə işarə edib. Onun fikrincə, ilk baxışdan demokratik dövlətin qurulması üçün səslənən iqtisadi inqilab çağırışları gözəl şüarlar xoş təsir bağışlayır və s. “Lakin bu şüarlar və mətnlər hədəf deyil, dövlətçilik sisteminin idarə olunmasında iştirak edən nümayəndələr özlərini həmin şüarlarla identefikasiya etmirlər, çünki onlarda daha yaxşı işləmək motivizasiyası yoxdur”.
“Həqiqətə qalanda, keçmiş kriminal sistemindəki korrupsiya səmərəsi əldə edilən, hazırda isə boş qalmış yer indi ideoloji, konseptual əsasla doldurulmalı idi ki, bunu da hakimiyyət etməliydi”, deyə yazılan məqalədə qeyd olunur ki, hazırkı hökumətin ideoloji əsasları yoxdur, baş nazir Nikol Paşinyan hələ inqilab zamanı bəyan etmişdi ki, bütün bunları aradan qaldıracaq. Nəticədə Ermənistannın dövlət idarəçiliyinin bir adı var – nikolizm. Bu şəxs Nikol Paşinyandır, hansı ki, dövlət idarəçiliyi və hakimiyyət bütövlükdə nikolizmə xidmət edir.
“Ermənistanın hazırkı hökuməti formaca demokratik, daxildən isə avtoritar hökumətidir”, qeyd edilən siyasi şərhdə son olaraq bildirilir ki, bu hakimiyyət tamamilə Nikol Paşinyanın şəxsiyyəti üzərində bazalaşdırılıb: “Bu, yalnız hökumət üçün deyil, həm də dövlətçilik üçün çox təhlükəlidir. Ona görə ki, əgər biz Nikol Paşinyan barədə bir anlıq unudarsaq, hakimiyyət kağız kartlarından düzəldilmiş evcik kimi dağılar”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB