Anar Xəlilov: “Müxalifət liderləri xaricdən pul dilənirlər” RƏY-ÖZƏL
“Bu gün özünü müxalif lider kimi sayan virtual müxaliflərin tez-tez öz aralarında davalarının şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, bu insanlar şər böhtan söyüş variantlarından istifadə edərək sosial şəbəkələrdə müəyyən baxış elektoratı yığırlar sonra başlayırlar xaricdə yaşayan azərbaycanlılardan pul dilənməyə: “Fakt hər dəfə bunlar müəyyən bank hesablarını bəyan edirlər. Sonra artıq özlərini lider hiss etməyə başlayırlar. Artıq bunlarda eyforiya başlayır. Bir anlıq hiss edəndə ki, boş-boş danışmaqdan başqa heç nəyə qadir deyillər, xalq bunları heçə sayır başlayırlar bir-biri ilə savaşmağa. Beləcə uğursuzluqlarının səbəbkarı kimi digərlərini günahlandırırlar. Bunların arasında olan davaların digər səbəbləri də var məsələn maliyyə davaları və s. Amma əsas səbəblərdən də biri "Don Kixot” olaraq bir-biriləri ilə, yəni “yel dəyirmanları" ilə döyüşməkdir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB