Cəmil Həsənli: "İlqar Məmmədov satqını partiyasında axtarsın"
Yenə də müxalifət düşərgəsində ara qarışdı, məzhəb itdi. Deyir, gözəl ağa çox fərli gündə idi, vurub öz gözünü çıxartdı. Daxili problemlər və qarşıdurmalar içində böğulan müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlidən asılı olan "Milli Şura" sədri Cəmil Həsənli "REAL"-ın rəhbəri İlqar Məmmədovun partiyasının satqınlardan ibarət olduğunu söyləyib.
İlqar Məmmədov: "Belə "rəqib"lə saxta bir şou düzəltməyə nə var
ki?"
"REAL"-ın sədri İ.Məmmədov feysbuq səhifəsində C.Həsənliyə cavab olaraq bildirib ki, qoca professorun nə cavanlıqda, nə də qocalandan sonra ağlı artmayıb: "C.Həsənlinin "REAL"-ı satqınlıqda ittiham etməsi mənə indi tam aydın gəlir ki, nəyə görə hakimiyyətlərinin davamı üçün bu iqtidar 2013-cü ildə məni həbs edib prezident seçkisindən kənarda qoydu, C.Həsənlini isə özlərinə "rəqib" təyin etdilər.
Sərdar Cəlaloğlu: "Kimsə bəyan edirsə ki, "asıb-kəsərəm", onun yanında agent daha çoxdur"
ADP sədri Sərdar Cəladoğlu sözügedən məsələyə münasibət bildirərkən, söyləyib ki, müxalifət düşərgəsi illərdir ki, "agent" axtarışındadır: "Düşərgədə olan partiya sədrləri, firqələrin aparıcı fiqurları zaman-zaman bir-birini satqınlıqda və hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. "Azərbaycan Xalq Hərəkatı" içində olanlar qarşılıqlı ittihamlar irəli sürür, "Milli Şura" ilə "REAL" partiyası üzvləri sosial şəbəkələrdə replikalar atırlar. Bunun psixoloji səbəbləri var, yoxsa bu səbəblər gerçəklikdən doğan ittihamlardır? Əlbəttə ki, real gerçəklikdir. Necə deyərlər, kor-kora kor deməsə, bağrı çatlar. Bəzi liderlər stəkana dolu tərəfdən, bəziləri yarısından baxırlar. Mitinqə gedən seçkiyə gedənə xain deyir, seçkiyə vaxtilə gedənlər indi seçkidən imtina edirlər. Onda hamı xaindir. Bu, siyasi cəhətdən savadsızlıqdır. Elə adamlar var ki, bir müddət siyasətdə olurlar, sonra qeybə çəkilirlər, fasilə verib, yenə fəal olurlar".
S.Cəlaloğlu onu da bildirib ki, müxalifət liderləri özləri elə satqınçılıq edir: "Boş-boş hay-küy salırlar. Amma kimsə bəyan edir ki, asıb-kəsərəm, hökuməti yıxaram, elə edərəm-belə edərəm, onun yanında agent daha çoxdur. Liderlərin çoxu hökumətə "Məşədi İbad" filmindəki Qoçu Əsgər deyir ki, aç qapını, gəlib səni öldürək. Yaxşı, sən mitinq elə, o da tutmasın, sən də gəlib onu yıxasan? Müxalifətin indiki fəaliyyəti "evcik-evcik" oyununa oxşayır. Ortada heç nə yoxdur, orada "REAL"-"Milli Şura" qovğası gedir, burada "AXH" bir-birini qırır... Xalq qoşulmadığı halda, bu gün müxalifətin elədikləri "evcik-evcik" oyununa oxşayır. Yaxşı olar ki, siyasətə birdəfəlik son qoysunlar. Ayıbdır, satqın elə onların özlərinin içindədir. Xalq da bunu görürü və onlara nifrət edir".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB