Əli Əhmədovun rəhbərliyi ilə Ağcabədi rayonunda regional müşavirə keçirilir YENİLƏNİR
Ağcabədi rayonunda “Məcburi köçkünlərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı” mövzusunda regional müşavirə keçirilir. SİA-nın xəbərinə görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini– icra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirə 9 rayonu əhatə edir.
Millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, İlham Məmmədov, Elman Məmmədov və Yeni Azərbaycan partiyasının rayon təşkilatının sədrləri iştirak edir.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra müşavirə rayonun mədəniyyət mərkəzində davam etdirilir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB