Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin yeni binasının açılışı olub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin yeni binasının açılışı olub

Bu gün Sumqayıt şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPK) 3 saylı Ərazi Dövlət Nəzarəti və 3 saylı Sınaq və Sertifikatlaşdırma İdarələrinin yeni inzibati binasının açılış mərasimi olub. Qurumdan SİA-ya verilən xəbərə görə, mərasimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Açılış mərasimindən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Sonra tədbir iştirakçıları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti və 3 saylı Sınaq və Sertifikatlaşdırma İdarələrinin yeni inzibati binasına baxış keçiriblər.

Qeyd edək ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən inzibati binanın inşasına 2010-cu ilin mart ayında başlanılıb və dekabr ayının sоnunda başa çatıb. Bina iki mərtəbədən ibarətdir və ümumi sahəsi 500 kvadratmetrdir. Binanın I mərtəbəsində 3 saylı Sınaq və Sertifikatlaşdırma İdarəsi, II mərtəbəsində 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi yerləşir. 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsində Keyfiyyətə nəzarət və Metrоlоji nəzarət sektorları, 3 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsində isə Ərzaq məhsullarının və Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırılması sektorları fəaliyyət göstərir. İnzibati bina müasir avadanlıqlarla təchiz olunaraq işçilər üçün münbit iş şəraiti yaradılıb.

Sonra mərasim iştirakçıları Sumqayıt şəhərində artıq inşasına başlanmış və cari ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılan dazometrik laboratoriyanın və neft-kimya məhsullarının sınağı laboratoriyasının inşa işləri ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə