"Xalq öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir" RƏY-ÖZƏL
“Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın bu mühüm missiyanın həyata keçirilməsində öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Onun sözlərinə görə, Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu bir daha göstərdi ki, xalqımız düzgün seçim edib: “Prezident xalqın inam və etibarını qazanıb. Bu sorğunun nəticələri dövlət-vətəndaş birliyini bir daha əks etdirir”.
Bu gün Azərbaycanın dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kurs və tarixi ənənələrə sadiq, ölkə kimi tanındığını deyən təşkilatın sədr müavin söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir: “Bu gün Azərbaycanın iqtisadi, sosial və hərbi qüdrəti, qətiyyətli daxili və xarici siyasəti dünya dövlətlər, beynəlxalq ekspertləri tərəfindən, eləcə də müxtəlif təşkilatların hesabatlarında yüksək qiymətləndirilir. Xüsusilə də Azərbaycanda son 1 il müddətində həyata keçirilən islahatlar, bütün sahələrin əsaslı inkişafı nəticəsində respublikanın sosial, iqtisadi, siyasi, hərbi, elmi, dini, ekoloji təhlükəsizliyinin təmin edilməsi isə on milyonluq Azərbaycan xalqının gələcəyinin işıqlı, parlaq olacağına əsas verir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan digər ölkələr üçün nümunəvi dövlətə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB