Sudan ordusu yaxın zamanda baş verəcəklərlə bağlı mühüm bəyanat açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Xartumdan hərbi çevrilişlə bağlı məlumat daxil olub.
Prezident Ömər əl-Bəşirin dövründə hakimiyyətdə olan və köhnə yüksək vəzifəli məmurlar həbs olunub.
Qeyd edildiyi kimi, bir müddət əvvəl bir qrup zabit Xartum şəhəri yaxınlığındakı peyk şəhərində yerləşən Omdurman dövlət yayım şirkətinin binasına basqın edib. Ərazidə təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə artırılıb.

Məlumata görə, Xartumda bu anlarda prezident Ömər əl-Bəşirin iştirakı olmadan Sudan ordusunun əsas komandanlığının təcili toplantısı keçirilir. Bundan başqa prezident keşikçisi, habelə keçmiş müdafiə naziri Abdel Raheem Məhəmməd Hüseynin həbsi barədə məlumat verilib.
Paytaxt küçələrində təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə artması və ordudakı əlavə birliklərin yerləşdirilməsi barədə məlumatlar var. Prezident sarayına zirehli vasitələrin yenidən yerləşdirilməsi haqqında informasiyalar da mövcuddur. Sudan radiosu və televiziya stansiyaları normal yayımlarını dayandıraraq, hərbi komandanlığın məlumatlarını yaymağa başlayıblar.

Sudan mətbuatı Hərbi Şuranın bir il ərzində ölkədə hakimiyyəti nəzarətdə saxlayacağından yazır.
Yaxın gələcəkdə dövlət ordusunun, dövlət televiziyası və radiosuna rəsmi bəyanatı gözlənilir. Polislər küçələrdə görünmür. Xartum Beynəlxalq Hava Limanı isə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB