Yeni seçilmiş deputatlar USAID-in yönləndirmə proqramında iştirak edirlər
Yanvarın 25-də Azərbaycan Milli Məclisinə ilk dəfə seçilmiş deputatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda həyata keçirdiyi Parlament Proqramının (APP) Milli Məclislə birlikdə onlar üçün hazırladıqları yönləndirmə proqramının açılış sessiyasında iştirak ediblər. ABŞ-ın Azərbaycandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, Yönləndirmə Proqramı üç ayrı hissədən ibarətdir. Bu gün keçirilmiş I hissə Milli Məclisə ilk dəfə seçilmiş deputatlar üçün nəzərdə tutulub və parlament fəaliyyətinin qanunvericilik, təmsilçilik, nəzarət sahələrində deputatların səlahiyyətləri, hüquq və vəzifələri, eləcə də Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər barədə icmal kimi hazırlanıb. Bu məsələlərə dair məruzələr təcrübəli deputatlar və Milli Məclis Aparatının məsul işçiləri tərəfindən təqdim olunub.
İkinci hissədə I hissədə toxunulmuş mövzulara daha ətraflı diqqət yetiriləcək və dövlət siyasətinin araşdırılması, təhlili, xalq diplomatiyası və başqa əlavə mövzular əhatə olunacaq. III hissədə deputatlara onların çoxşaxəli fəaliyyətində zəruri bacarıqların inkişaf etdirilməsinə dair seminarlar keçiriləcək və əsas qanunvericilik məsələləri üzrə fikir mübadilələri aparılacaq.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq iştirakçılara müvəffəqiyyətlər arzulayıb. Tədbirdə USAID-in Azərbaycan ofisinin Demokratiya və idarəçilik bölməsinin rəhbəri xanım Fey Haselkorn, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini Bahar Muradova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB