ABŞ "Fələstin-İsrail planı"nı açıqlamağa hazırlaşır

ABŞ "Fələstin-İsrail planı"nı açıqlamağa hazırlaşır

ABŞ İsrail-Fələstin münaqişəsi ilə bağlı hərtərəfli planını aprelin sonuna qədər açıqlamaq niyyətindədir. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, planın açıqlanması ilə bağlı dəqiq tarix hələ də müəyyənləşməyib. Məlumata görə, gecikməyə səbəb Pasxa və Ramazan bayramlarının yaxınlaşması ola bilər.

Bildirilir ki, sənəd bir neçə ay müddətində ABŞ prezidentinin böyük məsləhətçisi Jared Kushner və onun komandası tərəfindən hazırlanıb. Bununla yanaşı, planın mətni gizli saxlanılır. Deyilənlərə görə, hətta “Ağ Ev”dən yalnız prezident administrasiyasının dörd məmuruna məlumdur.

ABŞ rəsmilərinə görə, sənədin məzmunu İsrail hökuməti də daxil olmaqla müttəfiqlərdən heç kimə təqdim edilməyib. Onlar planın Fələstin-İsrail münaqişəsinin həllində qeyri-ənənəvi yanaşmanın tətbiq edilməsini nəzərdə tutduğunu açıqlayıblar.

Mənbələrə görə, sənəddə Fələstin xalqının davamlı iqtisadi inkişafını təmin etmək üçün bir sıra tədbirlər paketi və münaqişənin siyasi elementlərinin aradan qaldırılması öz əksini tapıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə