"Möhtəşəm 15+1il: İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu" TƏDBİR
Bu gün YAP Səbail rayon təşkilatında 11 aprel prezident seçkilərinin keçirilməsinin bir illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilavtının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür.
Xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açan Möhtərəm Prezidentimiz İlham Əliyevin qələbəsi, təbii ki, son 15 ilin uğurlarına söykənmiş real amil idi. 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı bu vədi vermişdi: "Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm." Bu vədə sadiqlik Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, Cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini şərtləndirdi".
Ş.Hacıyev onu da vurğuladı ki, bir il zaman baxımından az olsa da, bütün sahələrdə böyük uğurlar əldə olundu: "İnkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 16 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci bir dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik".
Tədbirdə digər çıxış edənlər Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyəti dövründə apardığı siyasətin mühüm prinsiplərindən danışaraq, qeyd etdilər ki, ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB