Paşinyan da Rusiya məsələsində Sarkisyanın yolunu getdi İTTİHAMLAR BAŞLADI
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarına görə, torpaq sahlərinin və daşınmaz əmlakın Rusiya hərbi bazasının dislokasiyasının sərəncamına verilməsi ilə bağlı beynəlxalq erməni-rus komissiyasının iclası İrəvanda davam edir. SİA aysor.am-a istinadən xəbər verir ki, 10-13 aprel tarixləri müddətində keçirilən iclasda, Rusiyaya məxsus hərbi bazanın fəaliyyəti barədə də müzakirələr aparılır.
Xatırladaq ki, Nikol Paşinyan “məxməri inqilab” zamanı o zamankı ölkə başçısı Serj Sarkisyanın Ermənistanı Rusiyanın vassalına çevirdiyini, özünün isə marionet prezident olduğunu bəyan edirdi. Lakin göründüyü kimi, indi onun özü də Sarkisyanın yolu ilə getmək qərarına gəlib.
Qeyd edək ki, artıq Ermənistanda bir sıra ictimai-siyasi dairələr Paşinyanın həmin qərarını sərt şəkildə ittihamlar irəli sürməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB