Kaspşik Xankəndinə getdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib. SİA Ermənistan KİV-nə istinadən bildirir ki, o, Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüş zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətlə bağlı bir sıra məsələlər müzakirə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə