İlqar Məmmədov avropalı parlamentarilərə yalan danışıb PASPORT MƏSƏLƏSİ

İlqar Məmmədov avropalı parlamentarilərə yalan danışıb PASPORT MƏSƏLƏSİ

Əvvəlcədən qeyd olunduğu kimi, AŞPA-nın İnsan haqları və monitorinqi komitəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı dinləmələr keçirilib. Tədbirdə qonaq qismində REAL partiyasının sədri İlqar Məmmədov da iştirak etməliydi. SİA-ya daxil olan məlumata görə, dinləmələrə videorabitə ilə qatılan İlqar Məmmədov bəyan edib ki, onun Strasburqa gedə bilməməsinə səbəb guya ona xarici pasportun verilməməsi ilə əlaqəlidir.

Lakin bəlli olub ki, REAL sədri avroparlamentarilərə ağ yalan danışıb. Belə ki, İlqar Məmmədovun P3622400 nömrəli xarici pasportu mövcuddur və həmin pasport ona 2009-cu ilin avqustunda verilib. Pasportun müddəti cari ilin avqustuna qədər qüvvədədir.

Beləliklə, ehtimal etmək olar ki, REAL partiyasının sədrinin Strasburqa getməməsinin səbəbi onun mövcud olan pasportunu gizlədərək, guya Azərbaycanda insan haqlarının pozulmasını göstərmək cəhdidir. Ancaq göründüyü kimi, onun bu yalanının da ömrü az olub və AŞPA-nın müvafiq komitəsi yəqin ki, bu barədə artıq xəbərdardır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə