"Rusiya-ABŞ münasibətlərində gərginliyin yeni sıçrayışı baş verdi" ÖZƏL-RƏY

"Rusiya-ABŞ münasibətlərində gərginliyin yeni sıçrayışı baş verdi" ÖZƏL-RƏY

"Rusiya-ABŞ münasibətlərində gərginliyin yeni sıçrayışı baş verdi. Son motivasiya Rusiyanın Venesuelaya mütəxəssis adı ilə hərbi qüvvələr göndərməsidir. Venesuela məsələsi ABŞ-la Rusiya arasında dialoq mövzusudur. RF Xİ naziri S.Lavrov ABŞ Dövlət Katibi M.Pompeo ilə bir neçə dəfə Venesuela məsələsini müzakirə edib. ABŞ-ı Venesuelanın daxilində gərginliyi artırmamağa çağırıb. Rusiyanın Venesuelaya hərbi qüvvə göndərməsinə prezident D.Tramp kəskin reaksiya verdi. Rusiyadan qoşunlarını təcili Venesueladan çıxarmağı tələb etdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, D.Tramp qeyri-dövlətlərin Venesuelaya müdaxiləsinə imkan verməyəcəyini bildirdi: "D.Tramp fikrini ultimatum formasında təqdim etdi ki, rus əsgərləri Venesuelanı tərk etməlidir, Rusiya oradan getməlidir və bütün variantlar açıqdır deməkdə D.Tramp başa saldı ki, hərbi əməliyyatlar da ola bilər. Rusiyanın Venesuelada möhkəmlənməsi ABŞ üçün kifayət qədər ciddi problemlər yarada bilər. Çünki Suriya nümunəsi göz qabağındadır. Rusiya Suriyaya daxil olduqdan sonra ABŞ-ın Suriyadakı proseslərdə monopol mövqeyinə demək olar ki, son qoyuldu. İndi hal-hazırda Rusiya Suriya ərazisində möhkəmlənib, ABŞ isə Suriyanı tərk edən vəziyyətdədir. Amma Suriya ABŞ-dan məsafədə xeyli uzaqdadır. Venesuela isə ABŞ-ın qonşu dövlətidir, ABŞ-ın qonşuluğunda Rusiyanın yerləşməsi ABŞ üçün ciddi təhlükədir və Kubada hərbi bazalarını itirdikdən sonra indiki Rusiya üçün ABŞ-ın qonşuluğunda böyük baza yaratmaq çox vacib məsələdir. İş burasındadır ki, RF özü bunu Venesueladan istəməyib. ABŞ prezidentlərinin, xüsusilə D.Trampın Venesuelanın başına açdıqları Venesuelanı Rusiyaya üz çevirməyə vadar etdi. İndi artıq Rusiya qoşunları Venesueladadır.

ABŞ Qara dənizə NATO və öz hərbi gəmilərini göndərdi. Qara dənizə daxil olan ABŞ gəmilərini Rusiyanın Qara Dəniz Donanmasının hərbi gəmiləri müşayiət edir. ABŞ təyyarələri Rusiyanın Kalininqrad və Leninqrad vilayətlərində kəşfiyyat xarakterli uçuşlar reallaşdırırlar. Hətta ABŞ-ın B-52 bombardmançı təyyarəsi də Rusiyanın sərhədləri üzərində uçub.

ABŞ-ın əsas məqsədlərindən biri Rusiya qazının Avropaya daxil olmasına maneçilik törətmək siyasətini davam etdirməkdir. ABŞ-ın fikrincə, o müttəfiqlərinin Rusiya qazından asılı olmasına dözə bilməz.

ABŞ yenidən sanksiyalarını genişləndirdi.

ABŞ səfirliyinin əməkdaşı Şeremetyevo aeroportuna mina keçirməyə cəhd etdi. Sonradan ABŞ bunun yoxlama xarakterli addım olduğunu bildirdi. RF Xİ naziri S.Lavrov ABŞ-ın İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə hazırladığı variantı tənqid etdi. ABŞ-da bu variantı əsrin razılaşması adlandırsalar da Rusiyanın fikrincə bu variant fələstinlilər üçün qeyri-məqbuldur. Çünki dəyişikliklər şübhəlidir və münaqişələrin tənzimlənməsinin beynəlxalq aləmdə tanınmış prinsiplərinə ziddir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə