Doğu Akdeniz Universitetinin rektoru Azərbaycan Tələbələr Birliyinin üzvləri ilə görüşüb
Ötən gün Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin (DAU) rektoru Abdullah Y. Öztorpakın Bakıya səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Öztorpakın dövlət strukturları, müxtəlif ali təhsil müəssisələri və tələbələrlə görüşləri nəzərdə tutulub.
DAU rektorunun keçirdiyi ilk görüşlərindən biri Azərbaycan Müəllimlər İnstitutunda olub. İnstitutun rektoru, Aqiyə Naxçıvanlı ilə görüş keçirən Öztorpak qarşılıqlı əməkdaşlıq perspektivləri, ikitərəfli münasibətlər barədə geniş müzakirələr aparıb.
Daha sonra Abdullah Y. Öztorpakın iştirakı ilə Azərbaycan Müəllimlər İnstitutunda tələbələrlə görüş keçirilib. Görüşdə İnstitut tələbələri ilə yanaşı Azərbaycan Tələbələr Birliyinin də müxtəlif universitetlərdə olan aktiv üzvləri iştirak edib. Rektora Birliyin fəaliyyəti barədə məlumat verilib. Doğu Akdeniz Universitetinin ölkəmizdəki rəsmi nümayəndəsi olan Azrəbaycan Tələbələr Birliyinin üzvləri onları maraqlandıran suallar ətrafında rektor ilə müzakirələr aparıb.
Keçirilən görüşlərdən razılığını bildirən Abdullah Y. Öztorpak Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinə, Azərbaycan Tələbələr Birliyinə və tələbələrə öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB