"Prezidentin həyata keçirdiyi islahatlar yüksək qiymətləndirilir" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə, indiyədək beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanda olan durumu düzgün göstərmirdilər. Yəni hər zaman Azərbaycana qarşı ikiliyanaşma, qərəzli münasibət var idi və indi də var. Amma hər şeyində bir həddi var. Bəzi məsələlər var ki, onu danmaq, fərqli rəqəmlər göstərmək mümkün deyil". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Sədr müavinin sözlərinə görə, Fransanın “Opinion Way” şirkətinin əsaslandırdığı meyarlar o məsələlərdir ki, bunlar göz önündədir: "Onlar nəyi göstərir? Göstərir ki, dünyanın hər yerində münaqişə ocaqları, qeyri-sabitlik hökm sürdüyü halda Azərbaycanda sabitlikdir. Yəni bu, gözlə görünən bir şeydir. Bütün bunları Azərbaycana gələnlər də və ölkə vətəndaşları da görürlər. Bu həqiqətən də belədir. Həqiqətən də Azərbaycan həm siyasi, həm də iqtisadi, təhlükəsizlik baxımından dünyanın ən sakit, stabil ölkələrindən biridir. Burada digər məsələlər də var. Vurğulamaq istədiyim odur ki, burada Fransanın “Opinion Way” şirkəti elə bir meyarlara əsaslanıb ki, həmin meyarlar hər kəsin gözünün önündədir. Təbii ki, bütün bu sabitliyin, iqtisadi inkişafın və digər sahələrdə əldə olunan inkişafın da əldə olunması cənab Prezidentin siyasəti ilə birbaşa bağlıdır. Sevinirik ki, artıq ölkəmiz beynəlxalq təşkilatların dana bilməyəcəyi yüksək hədləri əldə etmək nəticəsi qazana bilib”.
Qeyd edək ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB