"Fərman məhkəmə islahatlarının dərinləşdirilməsində müstəsna əhəmiyyətə malikdir" RƏY-ÖZƏL
“Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliyinin artırılması məqsədilə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi mühüm şərt kimi tapıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.
Fərmanda mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edildiyini deyən deputat söyləyib ki, imzalanan Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.
O deyib ki, Fərmanda nəzərdə tutulan məsələlərdən biri bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərin Prezidentə təqdim edilməsidir: “Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir. Məlumdur ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlər həyata keçirilib. O cümlədən, qanunvericilik təkmilləşdirilib, müvafiq dövlət proqramları qəbul edilib, ədalət mühakiməsinə əlçatanlıq asanlaşdırılıb. Hesab edirəm ki, sözügedən Fərman da bu sahədə islahatların dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB