TQDK sədri 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini açıqlayıb-YEKUN HESABAT
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan mətbuat konfrans keçirib. SİA-nın xəbərinə görə, TQDK sədri M.Abbaszadə bildirib ki, 2010/2011-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə 30510 tələbə qəbulu planlaşdırılıb. Bunlardan 52 yerin qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən abituriyentlər tərəfındən tutulduğunu deyən komissiya sədri qeyd edib ki, qalan 21145 yer Azərbaycan, 3683 yer rus bölməsi üçün ayrılıb, 5630 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, qəbul planının 25949 yeri dövlət, 4561 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşürdü.
"Qəbul imtahanlarının nəticələrinə əsasən birinci mərhələdə ali təhsil müəssisələrinə 27687 abituriyent qəbul olub və qəbul planı 90.90 faiz yerinə yetirilib. Əlavə müsabiqə və yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə daha 734 gənc qəbul olub, qəbul planı bütövlükdə 93.31 faiz dolub. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxan bal toplayıb. Yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gənc 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar", - deyə o əlavə edib.
Qəbul imtahanlarının nəticələrinə əsasən, ən yüksək və ən aşağı keçid ballı ixtisaslara gəlincə, M.Abbaszadə qeyd edib ki, Azərbaycan və rus bölmələri üzrə ixtisas altqrupları daxilində ən yüksək və ən aşağı keçid ballı əyani şöbə ixtisaslarının siyahısı təqdim edilib. Ötən illərdə olduğu kimi, bu il də ən yüksək keçid balının Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olduğunu deyən TQDK sədri vurğulayıb ki, həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı akademiyanın II qrupa daxil olan "Menecment" ixtisasına olub. Onun sözlərinə görə, bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-ə bərabərdir: "Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının "Ekologiya mühəndisliyi", rus bölməsində isə Gəncə Dövlət Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür".
Komissiya sədri qeyd edib ki, ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 61,6%-i 200-dən aşağı bal toplayıb. Onun sözlərinə görə, bu abituriyentlər sonra orta ixtisas məktəblərinə qəbul imtahanda iştirak edib. Qəbul imtahanlarında iştirak edən 100 min abituriyentin Azərbaycan bölməsi üzrə tam yarısının 137 baldan yuxarı nəticə göstərdiyini deyən M.Abbaszadə vurğulayıb ki, rus bölməsində isə bu rəqəm 219 nəfərdir. O bildirib ki, II və IV qruplarda belə tendensiya saxlanılıb, o biri qruplarda isə orta tendensiya aşağı düşüb.
TQDK sədri qeyd edib ki, ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında toplanılan ballarla müqayisəsi aparılıb: "Cari ilin məzunlarından attestatda bütün qiymətləri "5" olanların bütün qiymətləri "üç" olanlarla imtahan ballarının müqayisəsi göstərir ki, orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.55%-nin qəbul imtahanlarında da nəticələri çox zəif-0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 63.64 faizi attestat qiymətlərini təsdiq edə bilib. Hər bir fəndən "5" alan məzunların qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə göstərdikləri nəticələrə gəlincə deyə bilərəm ki, belə məzunların da heç də hamısı qəbulda yüksək nəticə göstərmir. Bu da məktəblərdə yüksək qiymətlərlə qiymətləndirmənin nisbətən şişirdildiyini göstərir. Bununla belə qeyd etmək lazımdır ki, qiymətləndirmədə mövcud olan bu problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş hiss olunur. Əgər biz görsək ki, abituriyentlərin qiymətləri imtahan nəticələri ilə üst-üstə düşür, o zaman attestat balını ümumi toplanan balların üstünə gəlib hesablaya bilərik. Amma hələ ki, bu vəziyyət bizi tam qane etmir. Ona görə də builki qəbul qaydaları həmin səviyyədə olacaq".
M.Abbaszadə həmçinin qeyd edib ki, TQDK son illər test tapşırıqları bankının parametrləndirilməsi üzrə bir sıra işlər görüb. Bu məqsədlə test tapşırıqlarının sınaqdan keçirilməsi və sonradan nəticələrinin emalı - test tapşırıqlarının kalibrlənməsinin aparıldığını deyən komissiya sədri bildirib ki, test tapşırıqlarının parametrləndirilməsi iki model - Rasch və OPLM modelləri əsasında həyata keçirilir.
"Bu il ilk dəfə olaraq ana dili və riyaziyyat fənlərindən imtahan testləri tərtib edildikdə bu metod tətbiq edilib ki, bu da bütün ixtisas qruplannda imtahan verən abituriyentlərin qabiliyyət səviyyələrinin elmi cəhətdən əsaslandırılan müqayisəsini aparmağa imkan verib. Bu modelə əsasən aparılan təhlillər nəticəsində məlum olub ki, Ana dilindən ən yüksək qabiliyyətə malik olan abituriyenetlərin 18%-i I, 26%-i II, 45%-i III, 10%-i isə IV qrupun payına düşür. Riyaziyyat fənni üzrə isə ən yüksək qabiliyyətə malik olan uşaqların 31,88%-i I, 37,86%-i II, 14,85%-i III, 15,41%-i isə IV qrupu əhatə edir", - deyə o əlavə edib.
M.Abbaszadə qeyd edib ki, tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materiallar "Abituriyent" jurnalının 12-ci sayında çap edilib.
Tədbirin davamında komissiya sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB