XİN: " “Domodedovo" aeroportrunda baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hər hansı məlumat yoxdur"

XİN: " “Domodedovo" aeroportrunda baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hər hansı məlumat yoxdur"

"Domodedovo" aeroportrunda baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hələlik hər hansı məlumat yoxdur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

 

Qeyd edək ki, "Domodedovo" aeroportunun beynəlxalq terminalında saat 16:37-də baş verən partlayış nəticəsində 128 nəfər xəsarət alıb, 35 nəfər həyatını itirib. Belə ki, 31 nəfər məhz partlayış zamanı dünyasını dəyişib. Xəstəxanalara yerləşdirilən 93 nəfərdən 73 Moskva şəhərinin, qalanları isə Moskva vilayətinin müalicə müəssisələrinə yerləşdirilib.

 

Rusiyanın baş naziri Vladimir Putin isə ötən gün axşam saatlarında səhiyyə naziri Tatyana Qolikova ilə görüşüb və terrort aktı nəticəində xəsarət alanlarla maraqlanıb. Baş nazir səhiyyə nazirinə yaralananların müalicəsi ilə şəxsən maraqlanmağı tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə