"Prezident İlham Əliyevin ötən ilin 11 aprelində yenidən bu vəzifəyə seçilməsindən keçən çox qısa müddət ərzində həddindən artıq böyük işlər görülüb. Yəni cənab Prezident seçkiöncəsi etdiyi çıxışlarda verdiyi sözlərə nəinki əməl edib, hətta dilə gətirmədiyi, bizə bəyan etmədiyi məsələləri belə həll edərək bizi xeyli təəccübləndirib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, ötən bir il olduqca dinamik keçib. Azərbaycanın ictimai-siyasi həyatında həqiqətən də o qədər böyük hadisələr baş verib ki, biz həmin hadisələri sadəcə olaraq sıralasaq uzun bir siyahı alınar: "Yəni dəyərləndirməyə gəlsək, biz böyük-böyük kitablar yazmalıyıq ki, həmin hadisələri dəyərləndirək. Cənab Prezident əvvəlcədən elan etdiyi iqtisadi islahatları, ümumiyyətlə struktur islahatlarını, kadr islahatlarını çox sürətlə həyata keçirməkdədir. Eyni zamanda Azərbaycanın hərbi gücünün nümayiş etdirilməsi baxımından ötən il çox yadda qalan oldu. Bilirsiniz ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günündə, eləcə də 15 sentyabr Bakının işğaldan azad edilməsi günündə Azərbaycan ordusu iki möhtəşəm Hərbi Parad keçirdi. Bununla da dünyaya bir mesaj vermiş oldu. Yəni Azərbaycan ötən il ərzində bir əzələ nümayişi etdirdi. Bundan savayı vətəndaşların sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox ciddi addımlar atıldı. Əlbəttə ki, Azərbaycanda mərhələ-mərhələ əməkhaqqlarının artırılması, eləcə də pensiyaların, təqaüdlərin artırılması baş verib. Amma bu müddət ərzində çox ciddi bir sıçrayışla bu artımları müşahidə etdik.
Cənab Prezidentimiz verdiyi sözlərə nəinki əməl etdi, hətta vermədiyi sözlərə, dilə gətirmədiyi, elan etmədiyi proqramları belə həyata keçirdi. Bütün bunlar bir daha onu göstərir ki, o hər zaman olduğu kimi yenə də hər bir vətəndaşın Prezidenti olaraq fəaliyyət göstərir. Onun üçün hər bir azərbaycanlının problemi şəxsi problemi səviyyəsindədir. Ona görə də insanlara, onların problemlərinə bu qədər həssas yanaşır. Düşünürəm ki, ötən bir il ölkə başçısının prezidentlik dönəmində çox uğurlu bir il kimi yadda qaldı. Növbəti illərdə cənab Prezident bizi yeni uğurlarla sevindirməyə və təəccübləndirməyə davam edəcək. Əlbəttə ki, bizim də vəzifəmiz ondan ibarətdir ki, cənab Prezidentin bu fəaliyyətinin uğurlarında hansısa formada bizdə rol alaq. Yəni vətəndaş olaraq, ictimai fəal insanlar olaraq bu ölkədə bu dayanıqlı sabitlik və dayanıqlı inkişafın təmin edilməsində əlbəttə ki, bizim də üzərimizə vəzifələr düşür. Bu vəzifələri layiqincə yerinə yetirmək bizim borcumuzdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB