"Azərbaycanın dünyada dostlarının sayı artır" ÖZƏL-ŞƏRH

"Azərbaycanın dünyada dostlarının sayı artır" ÖZƏL-ŞƏRH

"Aprelin 11-də cənab İlham Əliyevin yenidən prezident seçilməyinin bir ili tamam olur. Bu bir ildə ölkəmizin sosial-iqtisadi məkanında dəyişikliklərlə kifayət qədər zəngin olub. Cənab İlham Əliyev seçkiqabağı demişdi ki, ölkədə həyata keçirilən islahatlar daha da dərinləşəcəkdir. Həqiqətən yola saldığımız 1 ildə iqtisadiyyatımız inkişaf etməklə yanaşı yeni struktur islahatların həyata keçirilməsinə başlanıldı. Daha çevik, məqsədyönümlü idarəetmə sistemi yaradılması istiqamətində addımlar atıldı". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dövlət idarəetmə sisteminin şəffaflaşdırılması istiqamətində işlər aparıldı: "Bununla yanaşı ölkənin sosial sahəsinin gücləndirilməsi istiqamətində proqramların icrasına start verildi. Problemli kreditlər məsələsi öz həllini tapdı, minimum əməkhaqqı, minimum əmək pensiyaları, təqaüdlər artırıldı, az təminatlı ailələrin sosial rifahına xidmət edən bir çox müavinətlər təsis olundu, mənzillərin sənədləşdirilməsi istiqamətində imzalandığı inqilabi fərmanın icrasına başlandı. Ümumiyyətlə 3 milyondan çox insanın sosial vəziyyətinə müsbət təsir göstərəcək böyük sosial proqramın icrasına start verildi. Məhkəmə sistemində islahatların aparılmasına başlanıldı. Beləliklə ölkə iqtisadiyyatında elə bir sahə qalmadı ki, orarada yenilənmə və inkişaf etdirmə işləri aparılmasın. Bu bir ildə Azərbaycanın beynəlxalq mövqeləri də kifayət qədər möhkəmləndi, Azərbaycanın dünyada dostların sayı artdı. Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın danışıqlar formatı dəyişdirmək cəhdləri boşa çıxdı və danışıqlar yenidən Azərbaycan –Ermənistan arasında aparıldı. Ümumiyyətlə götürüləndə ölkə başçısının yenidən seçilməsindən ötən birinci ili ölkəmiz üçün çox mühüm hadisələrlə dəyərli və zəngin olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə