Bu gün “Bakı-Tblisi-Axalkələk-Qars” dəmir yolunun tikintisi ilə bağlı müzakirələr başlayacaq
Bu gün Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Tiblisidə gürcü həmkarları ilə "Bakı-Tblisi-Axalkələk-Qars" dəmir yolunun tikintisi ilə bağlı üçtərəfli müzakirələr keçirəcəklər. SİA-nın məlumatına görə, müzakirələr yanvarın 27-də yekunlaşacaq, ona kimi isə tərəflər yolun tam maliyyələşmə məsələlərini və texniki detallarını müzakirə edəcəklər. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin də daha əvvəl dediyi kimi, "Bakı-Tiblisi-Axalkələk-Qars" dəmiryolu magistralının tikintisi geniş layihədir və son nəticədə bu Gürcüstan ərazisi vasitəsi ilə Avropa və Asiyanı birləşdirəcək.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili bu tikintini "əsrin tikintisi" adlandırıb.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili bu tikintini "əsrin tikintisi" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB