"Ərdoğan Putinlə əməkdaşlığın səviyyəsindən məmnundur" ÖZƏL-MÖVQE
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və dostu Vladimir Putinlə əməkdaşlığın səviyyəsindən məmnundur". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Ticarət dövriyyəsi və birgə layihələrin sayı artır: "Ərdoğan Moskvada rusiyalı həmkarı ilə görüşündə hədəfini bir daha təkrarladı: Ticarət mübadiləsinin həcmini 100 milyard dollara çatdıraq. Moskvada müzakirə olunan əsas mövzulardan biri həmişəki kimi Suriya idi. Yeni mövzu da peyda olub, hər iki dövlət Amerikanın Colan təpələrinin İsrail ərazisi kimi tanınmasının əleyhinədir. Sadəcə, Putin Ərdoğandan fərqli olaraq İsrailin baş naziri Benyamin Netanyahu ilə də əməkdaşlığını davam etdirir. Ərdoğandan əvvəl Moskvaya Netanyahu gəlmişdi.
Hazırda Türkiyəni Rusiyadan aldığı C-400 raketlərinə görə sıxışdırırlar. ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya konkret xəbərdarlıq ünvanlayıb: “Ya biz, ya C-400 raketləri”. Ərdoğan C-400 raketlərini seçib. Geriyə yol yoxdur. Türkiyə C-400 raketlərini alacaq. Putin isə NATO dövlətlərini üz-üzə qoymasından məmnundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB