Tramp: "Bu, ABŞ-a qarşı ədalətsizlikdir"

Tramp: "Bu, ABŞ-a qarşı ədalətsizlikdir"

ABŞ prezidenti Donald Tramp Amerika məhkəməsinin onun administrasiyasının siyasətinə qarşı qəbul etdiyi qərarı ədalətsizlik adlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərar üçüncü ölkədən qanunsuz gələn miqrantların Meksikaya gəlməsini təmin edir.

Qərara əsasən Amerika ərazisinə üçüncü ölkədən gələn vətəndaşların buraxılmasına icazə verilib. Milli Təhlükəsizlik Departamentinin bu qərarı şikayət etməklə əlaqədar yüksək məhkəməyə müraciət etməsi gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə