Gəncədə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilib
Gəncə şəhərində akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabının ictimai müzakirəsi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla ali təhsil ocaqlarının professor, müəllim heyəti, tarixçilər və şəhər ziyalıları iştirak edib.
Tədbirdə akademikin qələmə aldığı tarixi faktlar geniş müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edənlər bu kitabın informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olduğunu vurğulayaraq bildiriblər ki, nəşrdə təkcə Ermənistan prezidenti Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşa deyil, həmçinin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni yalanlarla çaşdırmaq cəhdləri, işğalçı dövlətin hakimiyyət dairələrinin şovinist və irqçi siyasətinin iç üzü də tutarlı faktlarla sübuta yetirilir.
Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin bu kitabı Qarabağ münaqişəsinin həlli prosesindəki mövcud durumun öyrənilməsi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, ictimai elmlər sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də zəngin tarixi bazadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB